21.10.2016

Rəsm müsabiqəsi

Uşaq Yaradıcılıq Mərkəzində İsmayıllı rayon Təhsil Şöbəsi və Fövqaladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə istedadlı uşaqların üzə çıxarılması, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin "Fövqaladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsi haqqında əsasnaməyə uyğun şəkildə müsabiqənin rayon turu keçirilmişdir. Müsabiqədə istedadlı şagirdlərin hazırladıqları çoxsaylı əl işləri nümayiş etdirildi. Münsiflər tərəfindən seçilmiş ən yaxşı əl işlərinin Respublika müsabiqəsinə göndərilməsinə qərar verildi.