10.09.2016

İsmayıllı rayonun təhsil işçilərinin "sentyabr konfransı" keçirildi.

9 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində İsmayıllı rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi. Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini, Humanitar və İctimai-siyasi məsələlər məslələr şöbəsinin müdiri Sevil Əhmədova, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, məktəb direktorları, qabaqcıl müəllimlər, respublika və beynəlxalq səviyyəli yarışlar və olimpiadaların qalibi olmuş şagirdlər və rayon ziyalıları iştirak etdi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq  xatirsəini ehtiramla yad etdilər.

Sonra tədbir iştirakçıları Uşaq Yaradıcılıq Mərkəzinin foyesində təşkil edilmiş təhsil sərgi ilə tanış oldular.

Konfrans dövlət himinin səslənməsi ilə başlandı. Himnin səslənməsindən sonra Təhsil Şöbəsinin  müdiri Rasim Orucov konfran   iştirakçıları salamlayaraq qarşıdan gələn  2016-2017-ci tədris ilinin başlaması münasibəti ilə müəllim-şagird kollektivini təbrik etdi. “2015-2016-cı tədris ilinin yekunları, qarşıdan duran vəzifələr” mövzusundakı məruzəsi ilə il ərzinda qazanılan uğurlar, görülmüş işlər, problemlər və onların həlli yolları, qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarını məlumatlandırdı.

 Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra, şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Vasif Cabbarov, şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, gənc müəllimə Səbinə Bağırova, 5 saylı tam orta məktəbin dərs hissə müdiri İsaq Lətifov, ali məktəblərə qəbul imtahanlarında 600-dan yüksək bal toplamış Elnarə Məlikova, valideyinlər adından Elşən Eyvazov çıxış edərək təklif və rəylərini bildirdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmisi Gülarə Xudiyeva Təhsil Naziri Mikayıl Cabbarovun salamlarını konfrans iştirakçılarına çatdıraraq yeni tədrisi ilinin başlanması münasibəti ilə bütün müəllimləri təbrik etdi, 2015-2016-cı tədris ilində respublikda təhsil sahəsində qazan uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Humanitar və İctimai-siyasi məsələlər məslələr şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək İcra Başçısı Mirdamət Sadıqovun salamlarını və təbriklərini konfrans iştirakçılarına çatdırdı.  Sevil xanım da öz növbəsində  bütün müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

Sonda 2015-2016-cı tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri olmuş məktəblərin direktorlarına və müəllimlərə  müsabiqənin sertifikatları və fəxri fərmanları  təqdim olundu.