29.06.2016

Buraxılış imtahanları

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  30 iyun 2016-cı il tarixdə İsmayıllı rayonunda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.İmtahanlarda ümumilikdə 1850 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 929, XI sinif üzrə 921).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.IX sinif şagirdləri saat 08-00-dan,XI siniflər isə saat 13-30-dan gec olmayaraq imtahan mərkəzlərinə gəlməlidirlər.İmtahanlar şəhər 3 saylı və 5 saylı tam orta məktəblərdə keçiriləcəkdir.İmtahanların idarə olunmasına ümumilikdə 85 nəzarətçi-müəllim ayrılıb.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-“İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

16 yaşı 2016-cı il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).Qeyd edilən sənədlərdən hər hansı biri şagirddə olmadığı halda həmin şagird imtahana buraxılmayacaqdır!

İsmayıllı rayon Təhsil Şöbəsi olaraq bütün şagirdlərimizə bu imtahanlarda uğurlar arzulayırıq.